Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı, Azərbaycanın bəzi rayonlarında isə intensiv yağıntı, şimşək, dolu və yüksək dağlıq ərazilərdə qar ehtimalı var.
Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimal edilir. Şimal-şərq və şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə isə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.
Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 12-16, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5, gündüz isə 5-9 dərəcə isti gözlənilir.
36 views
