Noyabrın 4-dən etibarən 2–7-ci siniflər, noyabrın 5-dən isə 8–11-ci siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi 4 noyabr 2026-cı il saat 15:00-da, 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün isə 5 noyabr 2026-cı il saat 15:00-da aktivləşdiriləcək.
Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Agentlikdən qeyd olunub ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə isə ictimaiyyətə əlavə məlumat veriləcək
30 views
