Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 91 xarici vətəndaşı ölkədən deportasiya edib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, deportasiya tədbirləri Miqrasiya Departamentinin əməkdaşları tərəfindən nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.
Ölkədən deportasiya edilənlər arasında Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tayland, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin və İraq vətəndaşları var.
Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Nazirliyin məlumatına görə, 2026-cı ilin əvvəlindən indiyədək 3 700-dən çox xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
26 views
