Azərbaycanda noyabrın 11-də bəzi ərazilərdə yağış yağacağı gözlənilir.
Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gündüz saatlarından etibarən yarımadanın ayrı-ayrı ərazilərində yağıntının qısamüddətli intensiv olacağı ehtimal edilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-7, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi şərq rayonlarında qısamüddətli yağıntı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə, yüksək dağlıq ərazilərdə isə 10-15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
29 views
