Azərbaycan idmanında daha bir sevindirici uğura imza atılıb. Cəfərov Qurban Elnur oğlu Natural Bodybuilding (təbii bodibildinq) üzrə Avrasiya çempionu tituluna layiq görülüb.
Bu nailiyyət idmançının əzmkarlığının, intizamının, davamlı məşqlərinin və zəhmətinin nəticəsidir. Natural Bodybuilding sahəsində uğur qazanmaq sağlam həyat tərzinə, düzgün qidalanmaya və böyük iradəyə əsaslanan uzunmüddətli hazırlıq tələb edir.
Qurban Cəfərovu qazandığı bu möhtəşəm uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr, daha böyük nailiyyətlər və Azərbaycan bayrağını beynəlxalq arenada daim yüksəklərdə dalğalandırmağı arzulayırıq!
Qurban Cəfərovun uğuru gənclər üçün əzmkarlıq və məqsədyönlülük nümunəsidir!
Orxan.Əliyev. Sosialmedia.az



