Sosialmedia.az

ƏSMİD İB-nin üzvü Qurban Cəfərov Natural Bodybuilding üzrə Avrasiya çempionu oldu!

Azərbaycan idmanında daha bir sevindirici uğura imza atılıb. “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin üzvü Cəfərov Qurban Elnur oğlu Natural Bodybuilding (təbii bodibildinq) üzrə Avrasiya çempionu tituluna layiq görülüb.

Qurban Cəfərovun qazandığı bu uğur onun uzunmüddətli zəhmətinin, əzmkarlığının, intizamının və məqsədinə inamla irəliləməsinin nəticəsidir. Natural Bodybuilding sahəsində yüksək nəticə əldə etmək sağlam həyat tərzi, düzgün qidalanma, müntəzəm məşqlər və böyük iradə tələb edir.

ƏSMİD İctimai Birliyi üzvünün bu möhtəşəm nailiyyətini yüksək qiymətləndirir və onun uğurunu qürurverici hadisə kimi qarşılayır. Qurban Cəfərovun əldə etdiyi nəticə idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin qarşıya qoyduqları məqsədlərə çatmaq üçün ruhlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qurban Cəfərovu Avrasiya çempionu olması münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr, möhkəm iradə və daha böyük nailiyyətlər arzulayırıq!

Qoy bu uğur yeni zirvələrə aparan yolun başlanğıcı olsun

Orxan Əliyev Sosialmedia.az

31 views