Sosialmedia.az

Sabah Bakıda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti gözlənilir.

Focus keyphrase: 13 noyabr hava proqnozu

Meta description: Noyabrın 13-də Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq. Temperatur gündüz 20 dərəcəyədək yüksələcək

36 views