Azərbaycanda küləkli hava şəraitində quruda istismar olunan kranlarla işlərin görülməsi və dayandırılması qaydaları yenidən tənzimlənəcək.
Sosialmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Yeni qanuna əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda icazə veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla görülən bütün növ işlər mütləq dayandırılacaq.
Beləliklə, yeni dəyişikliklə küləyin gücü 6 bal və daha artıq olduqda kranlarla işlərin dayandırılması qaydasına texniki pasportlarda nəzərdə tutulan istisnalar əlavə edilir.
Qeyd edək ki, indiyədək küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılırdı.
48 views
