Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2026-cı ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Agentliyin 10 aylıq sosial göstəricilərinə dair məlumatında bildirilib.
Qeyd olunub ki, həmin şəxslərdən 70 mininə ambulator, 32,6 mininə isə stasionar və icma əsaslı reabilitasiya xidmətləri göstərilib. Digər şəxslər səyyar və onlayn formada, eləcə də sosial-psixoloji istiqamətlər üzrə xidmətlərlə əhatə olunublar.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir metodlardan da istifadə edilir.
Bu metodlara robotik reabilitasiya, sosial-psixoloji dəstək, yoqa, hippoterapiya və rəqs terapiyası daxildir.
Bununla yanaşı, reabilitasiya müəssisələrində stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar xidmət formaları da tətbiq olunur.
53 views
