Sosialmedia.az

DSMF-nin 2027-ci il büdcəsi I oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Sosialmedia.az xəbər verir ki, 2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.

Xərclərin 9 milyard 220,5 milyon manatının (10,8 % çox) DSMF-nin gəlirlərinin, 52 milyon manatının (67,5 % az) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

46 views