Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə ümumilikdə 693 min reabilitasiya vasitəsi təqdim edilib.
Sosialmedia.az xəbər verir ki, reabilitasiya vasitələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən verilib.
Təqdim olunan vasitələr arasında 4 821 təkərli oturacaq, o cümlədən 138 mühərrikli təkərli oturacaq, 1 683 aşağı və yuxarı ətraf protezi, 2 549 eşitmə aparatı, 3 143 əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Bundan başqa, əlilliyi olan şəxslərə 7 719 cüt protez və ortopedik ayaqqabı, 257 korset və digər reabilitasiya vasitələri təqdim edilib.
Qeyd olunub ki, cari ilin ilk 10 ayı ərzində ümumilikdə 12 min əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub.
23 views
