Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2026-cı ilin yanvar-oktyabr aylarında əhaliyə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 8 milyard 749 milyon manat vəsait ödənilib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə ödənilən vəsaitin 6 milyard 527 milyon manatı pensiyaların, 1 milyard 206 milyon manatı müavinətlərin, 677 milyon manatı təqaüdlərin, 339 milyon manatı isə ünvanlı dövlət sosial yardımının payına düşüb.
Qeyd olunub ki, cari ilin ilk 10 ayında sosial ödənişlər üzrə ayrılan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 760 milyon manat və ya 10 faiz artıb.
Beləliklə, 2026-cı ilin yanvar-oktyabr aylarında sosial ödənişlərin ümumi həcmi 8,7 milyard manatı ötüb
70 views
