Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları evdə (səyyar) sosial xidmətlə təmin olunan Kutukiva Yekaterina Vasilyevnanı 90 illik yubileyi münasibətilə ziyarət ediblər.
Sosialmedia.az xəbər verir ki, Agentliyin əməkdaşları Yekaterina Vasilyevnanı doğum günü münasibətilə təbrik edib, ona cansağlığı və uzun ömür arzulayıblar. Görüş zamanı onun bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı bildirilib.
Yekaterina Vasilyevna göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, eləcə də əlilliyi olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir.
Hazırda respublika üzrə 2 827 ahıl Agentlik tərəfindən göstərilən bu xidmətdən yararlanır.
159 views
