Naxçıvan Muxtar Respublikasında pensiya, müavinət və təqaüdlərin elektron sistemlər üzərindən proaktiv qaydada təyinatı davam etdirilir.
Sosialmedia.az xəbər verir ki, muxtar respublikada indiyədək 28 mindən çox sosial ödəniş proaktiv qaydada təyin olunub.
Təyinatların 5 mindən çoxu pensiya, 17 mindən çoxu müavinət, 6 mini isə təqaüdlə bağlı olub.
Bu mexanizm nəticəsində sosial ödəniş almaq hüququ qazanan şəxslərin müraciət etməsinə və sənəd təqdim etməsinə ehtiyac qalmır. Təyinatlar müvafiq elektron sistemlər vasitəsilə avtomatik həyata keçirilir.
Beləliklə, proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat hüquqlarından daha rahat istifadə etməsinə, sənədləşmə prosedurlarının azaldılmasına və xidmətlərin əlçatanlığının artırılmasına imkan yaradır.
27 views
