Sosialmedia.az

BDYP bayramdan sonra yola çıxan sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) bayram günlərinin başa çatması ilə əlaqədar səfərdən geri qayıdan sürücülərə müraciət edib.

Sosialmedia.az xəbər verir ki, BDYP bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb.

Bildirilib ki, bayramdan sonra nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, sürücülər tələskənliyə yol verməməli və təhlükəli ötmə manevrlərindən çəkinməlidirlər.

İdarənin məlumatında uzun məsafəli səfərlərdən sonra yaranan yorğunluğun ciddi təhlükə mənbəyi olduğu vurğulanıb. Qeyd edilib ki, yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

BDYP sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda sükan arxasına keçməməyi tövsiyə edib.

26 views