Sosial müavinət və təqaüd alanların sayı açıqlandı

2026-cı ilin oktyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 887 312 nəfər olub.

Sosialmedia.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Onların 479 386 nəfərini aylıq sosial müavinət, 407 926 nəfərini isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfər olub. Onların 478 354 nəfərini aylıq sosial müavinət, 407 597 nəfərini isə təqaüd alanlar təşkil edib.

50 views