Sosialmwdia.az

“Ömrümün izlərini daşıyan doğma şəhərim..” – Səbinə Kərimova

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova öz sosial media hesabında Sumqayıt şəhərinin 77 yaşı münasibəti ilə doğma şəhərinə sevgi, bağlılıq, uşaqlıq xatirələri və Vətənə mənsubluq hissi haqda paylaşım edib.

Sosialmedia.az həmin paylaşımı təqdim edir:

“Gözümü açdığım, uşaqlığımın, xatirələrimin, ömrümün izlərini daşıyan doğma şəhərim…

Sən mənim üçün sadəcə bir şəhər deyilsən. Sən evim, yuvam, böyük Vətənimin qoynunda kiçik Vətənim, ruhumun bir parçasısan.

Küçələrin mənə uşaqlığımı xatırladır, hər daşında bir xatirəm, hər guşəsində bir doğmalıq var. Səninlə böyüdüm, səninlə dəyişdim, səninlə yaşadım.

Arzum budur ki, bizdən sonra da neçə-neçə nəsillər sənin küçələrində böyüsün, sənin gözəlliyinə heyran qalsın. Tarixin, şöhrətin, gözəlliyin əsrlərdən əsrlərə daşınsın.

77 yaşın mübarək, mənim doğma Sumqayıtım!

Bizdən sonra da var ol, yaşa, gözəlləş, inkişaf et! Qoy yaşın illərlə deyil, əsrlərlə ölçülsün. Minilliklər boyu var ol, kiçik vətənim!”

70 views