Sosialmedia.az

Əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib.

Sosialmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, əlilliyin qiymətləndirilməsi zamanı tibbi-sosial ekspert komissiyasının qərarında şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstərişin qeyd edilməsi tələbi aradan qaldırılıb.

Belə ki, əvvəlki qaydalara əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarında vətəndaşın sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacına dair tibbi göstəriş də əks olunurdu.

Yeni qərarla bu tələb ləğv edilib. Beləliklə, bundan sonra əlilliyin qiymətləndirilməsi ilə bağlı tibbi-sosial ekspert komissiyasının qərarında həmin tibbi göstərişin göstərilməsi tələb olunmayacaq.

46 views