Sosialmedia.az

Azərbaycanda noyabr ayı üzrə pensiyaların ödənişi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri tam yekunlaşdırılıb.

Sosialmedia.az xəbər verir ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikasında, noyabrın 13-də isə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda qeydiyyatda olan vətəndaşların pensiyaları ödənilib.

Bu gün, noyabrın 24-də isə ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Beləliklə, respublika üzrə bütün pensiya ödənişləri başa çatdırılıb.

62 views