Sosialmedia.az

10 ayda 26 mindən çox şəxsə proaktiv qaydada yaşa görə pensiya təyin edilib

2026-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, pensiya təyin edilən şəxslərin 62,65 faizini kişilər, 37,35 faizini isə qadınlar təşkil edib.

Proaktiv təyinat mexanizmi vətəndaşların müraciət etməsinə ehtiyac qalmadan, müvafiq məlumatlar əsasında əmək pensiyalarının elektron qaydada təyin olunmasına imkan verir.

60 views