Səbinə Kəromova: “Məktublar hazırlayırıq ki, əlilliyi olan şəxslər üçün evlərə seçki qutuları göndərilsin”

“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi  olaraq, əsas məqsədimiz əlilliyi olan şəxslərin prezident seçkilərində fəal iştirakını təmin etməkdir. Bunun üçün biz mütamadi görüşlər təşkil edir və bununla bağlı təbliğat işlərini aparırıq”.

Bu sözləri Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan şəxslər Prezident seçkilərində iştirak etməklə, yüksək vətəndaşlıq mövqeyini ortaya qoymaları və ölkəmizin ictimai- siyasi proseslərində yaxından iştirak etmələri üçün var gücümüzlə çalışırıq: “Biz seçki dairələrə məktublar da hazırlayırıq ki, seçkiyə gəlib səs verə bilməyən əlilliyi olan şəxslər üçün evlərə seçki qutuları göndərilsin. Mən də daxil olmaqla bir qrup təşkilat üzvülərimiz seçki günü dairə və məntəqələrdə müşahidəçi qismində seçkiləri izləmək üçün fəaliyyət göstərəcəklər”.

 

 

Pərvanə Fərhadqızı

56 views