Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Sosialmedia.az xəbər verir ki, bu barədə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial inteqrasiyasına dəstək olmaq, onların cəmiyyətə fəal iştirakını təşviq etmək, eyni zamanda bayram sevincini bölüşmək olub. Tədbir çərçivəsində iştirakçılar üçün bayram proqramı təqdim edilib, xoş əhval-ruhiyyə yaradılıb.
Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyin təcəssümü olduğunu vurğulayıb, Yeni ilin hər kəs üçün sağlamlıq, uğur və firavanlıq gətirməsini arzulayıblar.
Bayram tədbiri iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və səmimi atmosferdə başa çatıb.








