Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisələrində qazilərimizin reabilitasiya xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir.
Sosialmedia.az xəbər verir ki, bu istiqamətdə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunur.
Aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq son aylarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən daha 20-yə yaxın şəxsin reabilitasiya potensialının reallaşdırılmasına nail olunub.
Tarixi Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 320-yə yaxın şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub.
Hazırda digər qazilərimizin də reabilitasiyası istiqamətində tədbirlər davam etdirilir.
112 views
