Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Sosialmedia.az xəbər verir ki, onlardan 45,2 min nəfər ambulator, 20,9 min nəfər isə stasionar və icma əsaslı reabilitasiya xidmətlərindən yararlanıb. Digər şəxslərə isə səyyar, onlayn və sosial-psixoloji istiqamətlərdə xidmətlər göstərilib.
Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun müasir metodlardan da istifadə olunur. Bunlara robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası daxildir.
Hazırda reabilitasiya müəssisələrində stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar xidmətlər də göstərilir.
252 views
