Argentina milli komandasında Lionel Messidən sonra kapitanlıq sarğısını daşıyacaq futbolçu müəyyənləşib.
Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lionel Messi və Nikolas Otamendinin milli komandadakı karyeralarını başa vurmasından sonra kapitanlıq Kristian Romeroya həvalə olunub.
Baş məşqçi Lionel Skaloni 28 yaşlı müdafiəçini yeni kapitan seçib. Hazırda İspaniyanın Atletiko Madrid klubunda çıxış edən Romero Argentina millisinin heyətində 58 rəsmi oyuna çıxıb.
Müdafiədə etibarlı çıxışı ilə seçilən futbolçu hücumlara verdiyi töhfələrlə də diqqət çəkir. Romero bundan sonra Argentina millisinin kapitanı kimi komandaya rəhbərlik edəcək.
131 views
