Sentyabrın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Sosialmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 17-20°, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.

