Sosialmedia.az

Bu il 280 min məzuna elektron diplom verilib

Bu il Azərbaycanda 280 min məzuna elektron qaydada diplom verilib.

Sosialmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil işçilərinin sentyabr konfransında bildirib.

Eşqi Bağırovun sözlərinə görə, təhsil sahəsində rəqəmsallaşma istiqamətində işlər davam etdirilir. O qeyd edib ki, “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir.

Bildirilib ki, ötən tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur.

STEAM layihəsinə gəlincə, ötən tədris ilində layihə 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib. Yeni tədris ilində layihənin əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.

125 views