Sentyabrın 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə saatlarında bəzi yerlərdə zəif duman müşahidə oluna bilər.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlıq ərazilərdə isə gecə 8-13° isti, gündüz 20-25° isti olacaq
150 views
