Sosialmedia.az

Azərbaycanda yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

Azərbaycanda bu ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 178 498 nəfər təşkil edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Məlumata görə, sosial müavinət alanların 39,9 faizini kişilər, 60,1 faizini isə qadınlar təşkil edib.

151 views