Azərbaycan kartof ixracını artırdı

Azərbaycandan bu ilin yanvar-avqust aylarında 29,7 milyon dollarlıq 77,4 min ton kartof ixrac edilib.

 

Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

 

Məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 5,3% çoxdur.

 

Hesabat dövründə kartof ixracı ölkənin qeyri-neft sektoru üzrə ixracının 0,14%-ni təşkil edib

145 views