Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntı olacağı ehtimal edilir. Bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə, yüksək dağlıq ərazilərdə isə 10-15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Bundan əlavə, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
46 views
