Sosialmedia.az

Paşinyanın Türkiyədəki görüntüləri gündəm oldu – Çay içdi, bananı cibinə qoydu

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində keçirilən COP31 İqlim Sammitində paylaşdığı görüntülərlə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Metbuat.az Türkiyə mediasına istinadən məlumat yayıb.

Məlumata görə, sammitdə iştirak etmək üçün Antalyaya gələn Paşinyan tədbir proqramı arasındakı fasilədə çay içdiyi anları sosial şəbəkə hesabında paylaşıb. Həmin görüntülər izləyicilərin diqqətini çəkib.

Ermənistanın Baş naziri daha sonra Türkiyədəki səfəri zamanı lentə alınan başqa bir videonu da yayımlayıb. Görüntülərdə Paşinyanın əşyalarını toplayarkən əlindəki bananı pencəyinin cibinə qoyduğu əks olunub.

Bu hərəkət sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə yol açıb. Bəzi istifadəçilər Paşinyanın davranışını tənqid edərək ona istehzalı münasibət göstəriblər. Digərləri isə bu hərəkətin səmimiyyət göstəricisi olduğunu bildiriblər

36 views