Azərbaycanda pensiya ödənişlərinə 10 ayda 6,5 milyard manatdan çox vəsait ayrılıb.
Sosialmedia.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz (608 milyon manat) çox olmaqla, ümumilikdə 6 milyard 527 milyon manat vəsait yönəldilib.
Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
Noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 634 manat təşkil edib.
Bildirilib ki, yanvar-oktyabr aylarında 30 min nəfərə pensiya təyin edilib. Elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən indiyədək isə 208 min nəfərə pensiya e-sistem üzərindən proaktiv qaydada təyin olunub.
38 views
