Sosialmedia.az

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sentyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

148 views